image-backend

Davitaşvili: Suxumi hava limanına bağlı Rusiya aviaşirkətləri Gürcüstanda fəaliyyət göstərə bilməyəcək

Suxumi hava limanına uçuşlar təşkil edən Rusiya aviaşirkətləri Gürcüstanda fəaliyyət göstərə bilməyəcək.

Elchi.az -ın məlumatına görə, bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda xarici şirkətlərin Tbilisinin razılığı olmadan Abxaziya və Cənubi Osetiyada kommersiya fəaliyyəti ilə məşğul olmasını qadağan edən qanun var.

“Qanunu pozan şirkətlər, təbii ki, Gürcüstanda fəaliyyət göstərə bilməyəcəklər. Buna əsaslanaraq əlimizdə olan bütün vasitələrdən istifadə edirik”, – o bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki