image-owl_detail_240_ae80aa0212287e3bca1d81aa82708eb9backend

Çin Koronavirusun yaranmasında ABŞ-ı günahlandırır

Çin Dövlət Şurasının İnformasiya İdarəsi koronavirusun mənşəyində ABŞ-ı günahlandıran sənəd yayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Sənəddə deyilir ki, Pekində bütün sübutlar var. Floridaya xüsusi diqqət yetirildi.
Beləliklə, Amerikanın bu əyalətində koronavirus ilk dəfə 2020-ci il martın 1-də aşkarlanıb, lakin Çin açıq mənbələrdə həmin tarixdən iki ay əvvəl COVID-19-un orada yayılmağa başladığı məlumatı tapıb. Üstəlik, yoluxanların əksəriyyəti ölkədən kənara getməyib. Düzdür, sonradan, sənəddə deyildiyi kimi, Amerika tərəfi bu məlumatı gizlətməyə çalışdı və onun ortaya çıxmasında iştirak edənlər işdən çıxarıldı.
Daha əvvəl CIA COVID-19 virusunun Uhandakı laboratoriyadan sızdığını açıqlamışdı.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki