ABŞ prezidenti Donald Trampın şirkəti “Trump Organization” Qətərin paytaxtı Dohadan təxminən 40 kilometr şimalda yerləşəcək “Simaisma” adlı layihəyə 3 milyard dollar sərmayə qoyacaq.
Elchi.az xəbər verir ki, Qətərin qabaqcıl daşınmaz əmlak şirkətlərindən biri olan “Qatari Diar” ilə “Dar Global” şirkəti arasında Simaisma bölgəsində nəhəng lüks yaşayış layihəsi üçün strateji müqavilə imzalanıb.
Layihə çərçivəsində “Trump International Golf Club” və “Trump Villas” reallaşdırılacaq. Təxminən 790 min kvadratmetr sahəyə yayılacaq layihəyə 18 dəlikli beynəlxalq standart qolf meydançası, Trump Golf Club binası və birbaşa çimərliyə çıxışı olan lüks markalı villalar daxil olacaq.
Müqavilə Qətər Diarının Lusaildəki qərargahında keçirilən mərasimdə imzalanıb. İmzalanma mərasimində Qətərin bələdiyyələr naziri və Qətərin Diar sədri Abdullah bin Həməd bin Abdullah Əl Attiya, ABŞ Prezidenti Donald Trampın oğlu və Tramp Təşkilatının sədr müavini Erik Tramp və iki şirkətin yüksək səviyyəli rəhbərləri iştirak ediblər.
Protokolu Qatari Diar-ın baş direktoru Əli Məhəmməd Əl-Əli və Dar Global-ın baş direktoru Ziad Əl Çaar imzalayıb.
Bələdiyyələr naziri Əl Attiya, razılaşma ilə bağlı etdiyi şərhdə, “Dar Global ilə bu ortaqlıq, dünya səviyyəli layihələrlə Qətərin dəbdəbəli yaşayış və davamlı inkişaf hədəflərinə töhfə verəcək” dedi. dedi.
Tramp Təşkilatının sədr müavini Erik Tramp, “Trump brendini Qətərə gətirməkdən qürur duyuruq. Simaismadakı bu layihə keyfiyyət, prestij və zərifliyin yeni simvolu olacaq” – deyib.
Qatari Diar-ın baş direktoru Əli Məhəmməd Əl-Əli deyib: “Land of Legends”in uğurundan sonra biz Simaismanı Tramp brendi ilə dünya səviyyəli həyat tərzinə və turizm məkanına çevirmək istiqamətində daha bir mühüm addım atırıq”.
Dar Global-ın baş direktoru Ziad El Çaar dedi: “Trump brendinin qlobal nüfuzu və Dar Global-ın yaşayış sahəsindəki təcrübəsi ilə bu layihə Körfəz bölgəsində ultra lüks sahil yaşayışına yeni nəfəs gətirəcək.”
Qatari Diar tərəfindən edilən açıqlamada, bu tərəfdaşlığın Qətərin milli inkişaf baxışını Dar Global-ın qlobal təcrübəsi ilə birləşdirərək Simaismanı yüksək səviyyəli turizm, investisiya və həyat tərzi mərkəzinə çevirməyi hədəflədiyi bildirilib.
Qətərdə 8 milyon kvadratmetrlik “Simaisma Layihəsi” tikiləcək
Qətər 2030-cu ilə qədər Milli İnkişaf Baxışı çərçivəsində 8 milyon kvadratmetr sahədə “Simaisma Layihəsi”ni inşa edəcək.
Yeni mədəniyyət abidəsi kimi təqdim edilən layihə Qətərin şərq sahilindəki Simaisma sahilində 8 milyon kvadratmetr ərazini əhatə edəcək və 7 kilometrlik sahil xətti boyunca uzanacaq.
Layihədə dəyəri 5,5 milyard dollar olan “Land of Legends Qatar” adlı əyləncə parkı, 16 turizm sahəsi, 18 dəlikli qolf meydançası, dəbdəbəli villalar və rezidensiyalar, marina, dünyaca məşhur restoranlar və mağazalar yer alacaq.
Layihənin Qətərin ən əhəmiyyətli məkanlarından biri olması hədəflənsə də, layihə çərçivəsində “Əfsanələr diyarı Qatar”ın Yaxın Şərqin ən böyük əyləncə parklarından biri olacağı gözlənilir.
Bundan əlavə, davamlılığa diqqət yetirməklə hazırlanan layihə ağıllı tikinti texnologiyaları və təkrar emal edilmiş yerli materiallarla həyata keçiriləcək.
Simaisma Layihəsi Qətərin turizm və əyləncə sektorlarını inkişaf etdirmək və 2030-cu ilə qədər Milli İnkişaf Baxışı çərçivəsində xarici investisiyaları cəlb etmək planlarının bir hissəsi kimi qəbul edilir.
Nuranə Məmmədova