ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkənin Federal Ehtiyat Sisteminin (FES) xərclərinin yoxlanılmasını zəruri hesab edir.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Mask Vaşinqtonda FES-in qərargahının bahalı təmirini hökumətin potensial israfçılığına nümunə göstərib.
“Bunlar hamısı vergi ödəyicilərinin pulları olduğu üçün, düşünürəm ki, biz mütləq Federal Ehtiyat Sisteminin həqiqətən də interyer dizaynerinə 2,5 milyard dollar xərcləyib-xərcləmədiyini araşdırmalıyıq”, – “Bloomberg” agentliyi onun sözlərinə istinad edib.