image-download-2025-05-01t162206-721backend

Pentaqon ABŞ-ın hərbi təchizat sistemində islahatlar aparır

ABŞ-ın müdafiə naziri Pit Heqset ordunun 2027-ci ilə qədər uzaqmənzilli raketlərlə təchiz edilməsini özündə ehtiva edən islahatlara başlayıb.
Elchi.az xəbər verir ki, Pentaqonun rəhbəri Pit Heqsetin müvafiq əmri ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub. Sərəncamın icrasına cavabdeh ordu katibi Daniel Driskoll təyin edilib.
Digər islahat məqamlarına 2026-cı ilə qədər hər bölmədə pilotsuz sistemlərin tətbiqi, 2027-ci ilə qədər süni intellektə əsaslanan idarəetmə sistemlərinin istifadəsi və 2028-ci ilə qədər döyüş sursatı istehsalını artırmaq üçün sənayenin modernləşdirilməsi daxildir.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki