image-2025-03-15t134614z_958040435_rc2nddae1dpn_rtrmadp_3_ukraine-crisis-zelenskiy-pic_32ratio_900x600-900x600-89314backend

Zelenski 76 nəfərə qarşı sanksiya tətbiq edib

Ukrayna lideri Volodimir Zelenski 76 nəfərə qarşı sanksiya tətbiq edib.
Elchi.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Sənəddə deyilir: “ Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mayın 1-də “Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında” qərarı qüvvəyə minsin.
Sanksiya siyahısına, xüsusən, Rosatom-un baş direktoru Aleksey Lixaçev, Zelenskinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç, Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun oğlu Aleksey və Bratsk şəhərinin keçmiş meri Sergey Serebrennikov daxildir.
Məhdudlaşdırıcı tədbirlərə Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi, əqli mülkiyyətin ötürülməsinə qadağa qoyulması, ölkədə aktivlərin bloklanması, lisenziyaların ləğvi, ticarət müqavilələrinin ləğvi, mədəni mübadilə, elmi əməkdaşlıq, rəsmi səfərlər daxildir.
Fevral ayında Zelenski bir sıra ukraynalı iş adamları və siyasətçilərinə qarşı milli təhlükəsizliyə və dövlətin iqtisadi inkişafına təhdid yaratmaq ittihamı ilə sanksiyalar tətbiq edən fərman imzalayıb. Siyahıya Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko və iş adamı İqor Kolomoyski daxildir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki