ABŞ yaxın 100 gün ərzində Rusiya-Ukrayna münaqişəsinin tərəfləri arasında birbaşa danışıqlar təşkil etmək niyyətindədir.
Elchi.az – ın məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsində bildirib.
“Bizim sülh təklifimiz var və qarşıdakı 100 gün ərzində tərəfləri danışıqlar masasına oturtmaq üçün çox çalışacağıq”, – o deyib.
Eyni zamanda Vens qeyd edib ki, Moskva və Kiyevin mövqelərini bir-birinə yaxınlaşdırmaq üçün iş görülməlidir, çünki rusiyalıların istədikləri ilə ukraynalıların istədikləri arasında çox böyük fərq var.