image-skaypbackend

Skayp bu tarixdə fəaliyyətini dayandırır

Skayp fəaliyyətini dayandırır.

Elchi.az xəbər verir ki, bu barədə “Maykrosoft” şirkəti məlumat yayıb.

Bildirilir ki, 5 may tarixində Skayp platformasının fəaliyyəti rəsmi olaraq dayandırılacaq. Şirkət daha əvvəl bu dəyişikliyi may ayında həyata keçirəcəyini elan etmişdi. İstifadəçi hesabları avtomatik olaraq “Maykrosoft Teams” xidmətinə köçürüləcək.

“Skaypdan 5 may tarixinədək istifadə etməyə davam edə bilərsiniz”, – deyə “Maykrosoft”un texniki dəstək bölməsinin saytında qeyd olunub.

Qeyd edək ki, Skayp platforması 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Maykrosoft” tərəfindən satın alınıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki