“Google”dan sonra Amerikanın “Apple” texnologiya korporasiyası prezident Donald Trampın fərmanına əsasən, ABŞ istifadəçiləri üçün nəzərdə tutulmuş xəritələrdə Meksika körfəzinin adını “Amerika” adlandırıb.
Elchi.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Söhbət əksər “Apple” cihazlarında, o cümlədən “iPhone”, “iPad” və “Mac”-da quraşdırılmış Xəritələr tətbiqindən gedir. Agentlik qeyd edib ki, “Apple” indiyədək yalnız ABŞ istifadəçiləri üçün buxtanın adını dəyişib, lakin tezliklə bütün dünyada istifadəçilər üçün dəyişiklik etməyi planlaşdırır.
ABŞ prezidenti Donald Tramp yanvarın sonunda andiçmə mərasimindən dərhal sonra fərman imzalayıb və bununla bağlı Meksika körfəzi Amerika Körfəzi adlandırılıb. Arqument kimi, Ağ Evin rəhbəri onun “Amerika iqtisadiyyatı üçün mərkəzi əhəmiyyətini qoruyan” “dünyanın ən böyük laqonu” olduğunu qeyd edib.
Tramp öz fərmanında yeni adın “ABŞ-ın çiçəklənən iqtisadi gücünün və onun kritik əhəmiyyətinin əlaməti olaraq” verildiyini bildirib.
Yeganə