image-567backend

Ağ Ev: ABŞ Ukrayna ilə yerin təki üzrə sövdələşmədən böyük fayda əldə edəcək

ABŞ Vaşinqtonun faydalı qazıntılar üzrə Kiyevlə əldə etdiyi sazişdən əhəmiyyətli dərəcədə faydalanacaq.

Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə çıxışı zamanı bildirib.

“Biz ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılması ilə bağlı tarixi razılaşma əldə etmişik. Bu, Ukraynanın dirçəlməsinə və uzunmüddətli iqtisadi uğuruna yönəlmiş ilk belə iqtisadi tərəfdaşlıqdır və Birləşmiş Ştatlar bundan böyük fayda əldə edəcək. Bu tərəfdaşlıq ABŞ-nin Ukrayna üçün azad, dinc və müstəqil gələcəyin təmin edilməsində iqtisadi marağını ifadə edir”, – o deyib.

Daha əvvəl Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko bildirmişdi ki, razılaşmaya əsasən, Kiyev yeni icarə haqqı və yeni ərazilərdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə edilən bütün gəlirin 50 %-ni yaradılan ikitərəfli investisiya fonduna verəcək. Fondun idarə olunmasında ABŞ və Ukrayna bərabər səsə sahib olacaqlar. Müqavilə Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur. Fəaliyyət göstərdiyi ilk 10 il ərzində fond dividendlər ödəmir, bütün gəlirləri Ukraynaya yatırılır. İnvestisiyalar faydalı qazıntıların işlənməsi və emalına, eləcə də infrastrukturun inkişafına yönəldiləcək.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki