image-1482840536_milli-meclisbackend

Parlament PUA-larla bağlı yeni rüsumları təsdiqlədi – Siyahı

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.

Elchi.az xəbər verir ki, sözügedən məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə layihədə əksini tapıb.

Aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:

– Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi – 15 manat

– Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi – 15 manat

– Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi – 10 manat

– Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi – 10 manat

– Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi – 10 manat

– Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi – 10 manat

Yekunda məsələ səsə qoyularaq qəbul olunub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki