Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2025-ci il üçün hazırlıq planına uyğun olaraq, komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyindən Elchi.az-a verilən xəbərə görə, təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqları yoxlanılıb.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə bölmələr şərti düşmən hədəflərini atəşlə məhv ediblər.
Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.