image-trump-reu-2349145_1backend

Tramp Ağ Evdə biznes liderləri ilə görüşür

ABŞ prezidenti Tramp ölkəyə sərmayə qoyan şirkətlərin yüksək səviyyəli rəhbərləri ilə görüşüb və iqtisadi gündəminin Amerikada biznesi asanlaşdırmaq olduğunu bildirib.
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp SoftBank, Nvidia, Hyundai, CMA CGM, Worldwide Amazon Stores, Venture Global LNG, Siemens, Pratt, Chobani, Bel, Schneider Electric, Johnson & Johnson, Eli Lilly, Novartis, Genentech, AbbVie, Thermo Fisher, Merck kimi şirkətlərin rəhbərlərini Ağ Evdə qəbul edib.
ABŞ prezidenti Tramp buradakı çıxışında bildirib ki, bu şirkətlər seçkidən sonra ümumilikdə 2 trilyon dollardan çox yeni investisiyalar elan ediblər.
Tramp bildirib ki, onun bütün iqtisadi gündəliyi Amerikada biznesi asanlaşdırmaq, iş yerləri yaratmaq, amerikalı işçiləri işə götürmək və Çində və ya başqa bir ölkədə deyil, Amerikada fabriklər qurmaqdan ibarətdir.
“Amerika tarixinin ən böyük vergi endirimini” həyata keçirəcəklərini açıqlayan Tramp, “Verginizi az qala 40 faizdən 21 faizə saldıq. İndi məhsulunuzu ABŞ-da istehsal edirsinizsə, verginizi 21 faizdən 15 faizə endiririk” deyib.
Trampın Ağ Evdə qonaq etdiyi iş adamları arasında ABŞ-Türkiyə İş Şurasının sədri, “Çobaninin” qurucusu və baş direktoru Hamdi Ulukaya da olub.
ABŞ-a sərmayə qoyan şirkətləri tanıdan və onların rəhbərlərinə təşəkkür edən Tramp, Ulukaya məxsus Çobaninin də sərmayələr etdiyini bildirdi.
Çobani ABŞ-a cəmi 1,7 milyard dollar sərmayə qoyub, o cümlədən Romada, Nyu-Yorkda yeni obyektə 1,2 milyard dollar və Aydaho ştatının Twin Falls şəhərində mövcud obyektin genişləndirilməsinə 500 milyon dollar.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki