ABŞ prezidenti Donald Tramp qeyri-obyektivlik iddialarına görə Milli İctimai Radio (NPR) və İctimai Yayım Xidməti (PBS) media orqanlarının federal maliyyələşdirilməsini məhdudlaşdıran sərəncam imzalayıb.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qeyri-obyektivlik iddialarına görə Milli İctimai Radio (NPR) və İctimai Yayım Xidməti (PBS) media orqanlarının federal maliyyələşdirilməsini məhdudlaşdıran sərəncam imzalayıb.
Ağ Ev Trampın media fondları ilə bağlı imzaladığı sərəncamla bağlı açıqlama verib.
NPR və PBS hər il İctimai Yayım Korporasiyasından (CPB) milyonlarla dollar alır və “qərəzli” olmaqda ittiham olunan bu təşkilatların federal maliyyələşdirilməsi qanunun icazə verdiyi qədər dayandırılıb.
Bəyanatda deyilir ki, bütün federal qurumlar birbaşa və ya dolayısı ilə NPR və PBS-nin maliyyələşdirilməsini dayandırmağa və mövcud müqavilələri nəzərdən keçirməyə yönəldilmişdir.
PBS-in baş direktoru Paula Kerger keçən ay bildirib ki, Trampın medianı maliyyələşdirməyə çalışması PBS-nin Amerika ictimaiyyətinə təqdim etdiyi əsas xidmətləri “pozacaq”.
Martın 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə Respublikaçı Konqresmen Marjorie Taylor Greene və ictimai yayımçı NPR və PBS rəhbərləri həmin qurumların sol-liberal yayımla məşğul olub-olmaması ilə bağlı mübahisə ediblər.
Şayəstə Hüseynova