Saat 18:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir və Biləsuvarda şimşək çaxır, arabir yağış yağır.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kəlbəcər, Altıağac və Daşkəsəndə 18 m/s-dək güclənir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 23, Naxçıvan MR-da 28, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınır.