image-youtube-stok-aa-1769009_1backend

Hindistan Pakistan baş nazirinin “YouTube” kanalını blokladı 

Hindistan Pakistanın baş naziri Şahbaz Şərifin “YouTube” kanalına girişini bağlayıb.

Elchi.az xəbər verir ki, Hindistan hakimiyyəti Pakistan hökumətinin, ölkənin müdafiə nazirinin “X” hesabına və Pakistanın 16 “YouTube” kanalını da aprelin 22-də baş vermiş Pahalqamda baş verən terror aktından sonra Cənubi Asiya respublikası, onun silahlı qüvvələri və təhlükəsizlik qurumları haqqında yalan məlumat yaydığı üçün girişi bloklayıb.

Dawn News, Samaa TV, Ary News, Geo News daxil olmaqla bloklanan kanalların ümumi auditoriyası 63 milyon nəfərdən çoxdur.
26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra Hindistan İslamabaddakı səfirliyindəki insanların sayını demək olar ki, iki dəfə azaldıb, Pakistanın hərbi məsləhətçilərini personae non qratae elan edib və sərhəddəki əsas Attari keçid məntəqəsini bağlayıb. Hindistan hakimiyyəti həmçinin İslamabadla su bölgüsü sazişini və Pakistan vətəndaşlarına viza verilməsini dayandırıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki