ABŞ-da yerləşən texnologiya nəhəngi Apple, iPhone və digər məhsulların istehsalını böyük ölçüdə ABŞ bazarı üçün Çindən kənara daşıdığını açıqladı. Şirkətin baş icraçı direktoru (CEO) Tim Kuk yaxın aylarda ABŞ-da satılacaq iPhone-ların əksəriyyətinin Hindistanda istehsal olunacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Apple, iPad və Apple Watch kimi digər məhsulların əsasən Vyetnamda istehsal ediləcəyini söylədi. Tim Kuk investorlara bildirib ki, ABŞ-a idxal olunan mallara tətbiq edilən tariflər şirkətə bu rübdə təxminən 900 milyon dollara başa gələ bilər.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə Apple-dan Çin mənşəli məhsullara tətbiq edilən gömrük rüsumları çərçivəsində istehsalını ABŞ-a köçürməsi də istənilib. Lakin bu dövrdə bəzi elektron məhsullar vergidən azad edilib.
Xarici bazarlar üçün Çin istehsalı davam edəcək
Kuk vurğuladı ki, Apple-ın tədarük zəncirini Çindən kənara çıxarma prosesi xüsusi olaraq ABŞ bazarına yönəlib, Çin isə qlobal satışlar üçün əsas istehsal mərkəzi olmağa davam edəcək.
“ABŞ-da satılan iPhone-ların böyük əksəriyyəti indi Hindistandan olacaq” deyən Tim Kuk Vyetnamın demək olar ki, bütün iPad, Mac, Apple Watch və AirPods modellərinin istehsalı üçün əsas mərkəzə çevrildiyini bildirib.
Şayəstə Hüseynova