Elektrikli avtomobil istehsalçısı Tesla, CEO İlon Musk-ın işdən çıxarılacağı ilə bağlı iddiaları qəti şəkildə rədd etdi. Şirkətin baş icraçı direktoru Robyn Denholm Wall Street Journal-ın hesabatını “tamamilə yalan” adlandırıb.
Elchi.az xəbər verir ki, Amerikanın CNBC kanalının məlumatına görə, sözügedən xəbərdə Tesla rəhbərliyinin Maskın yerinə gələcək adı müəyyən etmək üçün bəzi icraçı işə götürmə firmaları ilə əlaqə saxladığı iddia edilib. Xəbərdən sonra, Tesla səhmləri Robinhood platformasında bir gecəlik ticarətdə 3 faizə qədər itirdi, lakin o vaxtdan etibarən bərpa olundu.
Robyn Denholm X sosial media platformasında verdiyi açıqlamada: “Bu gün səhər saatlarında Tesla İdarə Heyətinin yeni CEO axtarışına başladığına dair həqiqətə uyğun olmayan bir xəbər yayımlandı. Bu, tamamilə həqiqətə uyğun deyil və xəbər dərc edilməmişdən əvvəl müvafiq media orqanına bildirildi.”
Denholm qeyd edib ki, İlon Mask hələ də şirkətin baş direktorudur və İdarə Heyətinin böyümə planlarını yerinə yetirmək üçün Maskın rəhbərliyinə “tam inamı” var.
Satışlar azaldı, Maskdan əlamətdar açıqlama
İddialar Teslanın ilin birinci rübündə gözləntilərdən aşağı olan satış və mənfəət rəqəmlərini açıqlamasından sonra ortaya çıxdı. Şirkətin ümumi gəliri illik müqayisədə 9 faiz azalaraq 19,3 milyard dollar olub. Ekspertlər bu rəqəmin 21,1 milyard dollar olacağını gözləyirdilər.
Teslanın avtomobil seqmentindəki gəlirləri də 20 faiz azalaraq 14 milyard dollara düşüb. Məşhur SUV modeli Model Y-nin yenilənmiş versiyası üçün istehsal xətlərində edilən yeniləmələr, qiymət endirimləri və satış təşviqləri bu azalmada təsirli oldu.
Şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 71 faiz azalaraq 409 milyon dollara düşüb. Səhm başına mənfəət 41 sentdən 12 sentə düşüb.
Şayəstə Hüseynova