Son zamanlar cəmiyyətdə “28 may” stansiyanın bağlanması ilə bağlı fikirlər yayılıb. “28 may” stansiyası bağlanmır, belə bir plan yoxdur.
Elchi.az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forumun panel müzakirələrində deyib.
“Baxmayaraq ki, ilk gündən bu məsələ ilə bağlı dəqiq məlumatları media vasitəsilə çatdırmağa çalışsaq da yenə də əksini düşünənlər var”, – o bildirib.
Qeyd edək ki, “Bakı Metropoliteni”nin “28 May” stansiyasında kəsişərək birləşən “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi “Dərnəgül” elektrik deposunun inşasına başlanılır. Birinci mərhələ tamamlandıqdan sonra “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması üçün “Cəfər Cabbarlı” və “Nizami” stansiyasiyaları arasında təxminən 200 metrlik tunelin inşası planlaşdırılır. Həmin dövrdə “Qırmızı” xətt üzrə qatarların hərəkəti olduğu kimi qalacaq. Qatarlar “İçərişəhər”- “Həzi Aslanov” istiqamətində hərəkət edəcək.
“Yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində metronun “28 May” stansiyası qismən bağlanacaq.