Livan prezidenti Cozef Aun Fələstinin HƏMAS hərəkatını regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətlərə qarşı xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, o, bu barədə respublikanın Ali Müdafiə Şurasının iclasında deyib.
“Biz HƏMAS-a Livan ərazisindən milli təhlükəsizliyimizi təhdid edən hücumlar üçün istifadə etməməsi barədə xəbərdarlıq edirik. Livan regionda sabitliyi pozmaq üçün platforma rolunu oynamamalıdır”.
Aunun sözlərinə görə, onun mətbuat xidmətinin sitat gətirdiyi kimi, Livan hakimiyyəti ölkəni müharibələrə sürükləyən hərəkətləri qəbul etməyəcək.
Yeganə