image-orban-yenibackend

Ukraynaya dəstək Avropanın iflasına gətirib çıxaracaq – Orban

AB rəhbərliyinin Ukraynaya hərbi dəstəyi və bu ölkənin icmaya qəbul edilməsinə yönəlmiş siyasəti Avropanın iflasına gətirib çıxaracaq.

Elchi.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Avropa pulları, o cümlədən bizim pullar Ukraynaya gətirilir və AB iqtisadiyyatı kəskin vəsait çatışmazlığı yaşayır. Ukraynaya göndərilən pullar Avropa iqtisadiyyatına daxil edilsəydi, nə Macarıstanda, nə də bütövlükdə AB-də belə problemlər olardı. Lakin AB liderləri ABŞ-ın iştirakı olmadan belə Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədir, baxmayaraq ki, Avropanın bunu təkbaşına edə bilməyəcəyi aydındır. Etiraf etmək lazımdır ki, ABŞ olmadan biz nə Ukrayna ordusunu, nə də Ukrayna iqtisadiyyatını maliyyələşdirə biləyəcəyik”, – Orban bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki