Rusiya ordusunun Ukraynanın Zaporojya şəhəri və Dnepropetrovsk vilayətində pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək həyata keçirdiyi hücumlarda 31 nəfərin yaralandığı bildirilib.
Elchi.az xəbər verir ki, Zaporojya Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov Telegram hesabında yazıb ki, Rusiya ordusu gecə saatlarında Zaporojya şəhərinə PUA hücumu həyata keçirib.
Fedorov hücum nəticəsində 13 yaşlı uşaq da daxil olmaqla 29 nəfərin yaralandığını açıqlayıb.
Digər tərəfdən, Ukraynanın Dnepropetrovsk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergiy Lisak Telegram hesabında Rusiyanın bölgədə həyata keçirdiyi İHA hücumunda 2 nəfərin yaralandığını açıqlayıb.
Şayəstə Hüseynova