image-pakistan-hindistan-getty-1550815_1backend

Pakistan Əfqanıstan yük maşınlarının Hindistana keçməsinə icazə verib

Məlumata görə, Pakistan hakimiyyəti ölkə ilə ticarətin dayandırılmasından təxminən bir həftə sonra 150 əfqan yük maşınının Hindistana keçməsinə icazə verib.
Elchi.az xəbər verir ki, Dawn qəzetinin məlumatına görə, qərar Pakistan Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilir.
“Pakistan hökuməti Əfqanıstanla qardaşlıq münasibətlərini nəzərə alaraq, Hindistana tranzit yüklər daşıyan və 25 aprel 2025-ci il tarixindən əvvəl Pakistana daxil olan əfqan yük maşınlarının yükləri çatdırmaq üçün Vagah sərhədindən keçməsinə icazə vermək qərarına gəlib”, – deyə məlumatda bildirilir.
İslamabad hökuməti aprelin 24-də Pahalqam rayonunda baş verən terror hücumundan sonra gərginliyin artması səbəbindən Hindistanla bütün ticarəti dayandırıb və hava məkanını və quru sərhədini bağlayıb.
Pahalqamda terror aktı
Aprelin 22-də Hindistanın idarə etdiyi Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hücumun səbəbkarlarını “Pakistandan gəldi” ittiham edən Hindistan, “Hind Suları Müqaviləsi”ni dayandırıb, Yeni Dehlidə çalışan Pakistanlı müşavirlərdən bir həftə ərzində ölkəni tərk etmələrini istəyib və Pakistan vətəndaşlarına viza xidmətlərinin dayandırıldığını və əvvəllər verilmiş bütün vizaların ləğv edildiyini açıqlayıb.
Pakistan ittihamları rədd etdi və Hindistanın İslamabaddakı diplomatik işçilərinin sayını məhdudlaşdırdı, “Hind Suları Müqaviləsi”ndən kənar çaylara hər hansı müdaxilənin “müharibə aktı” sayılacağını bəyan etdi, Hindistanla bütün ticarəti dayandırdı və hava məkanını bağladı.

Şayəstə Hüseynova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki