Pakistanın Pəncab əyalətində Hindistana məxsus pilotsuz uçuş aparatının (PUA) hissələrinin tapıldığı bildirilir.
Elchi.az xəbər verir ki, Geo TV-nin polis rəsmilərinə istinadən verdiyi xəbərə görə, ştatın Çakval rayonunda Hindistana məxsus pilotsuz uçan aparatın hissələri tapılıb.
Samaa TV-nin məlumatına görə, sözügedən PUA hissələri müayinə üçün laboratoriyaya aparılıb.
Pəncab əyalətinin paytaxtı Lahor şəhərində hava limanı yaxınlığında üç partlayış səsi eşidilib.
Şayəstə Hüseynova