ABŞ-nin Lahordakı (Pakistan) Baş Konsulluğu aktiv münaqişə zonasında olan ABŞ vətəndaşlarını ərazini tərk etməyə çağırıb.
Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Konsulluğun bəyanatında deyilir.
“Bundan başqa, konsulluğa hakimiyyət orqanlarının Lahorun əsas hava limanı yaxınlığındakı bəzi ərazilərdən vətəndaşları təxliyə edə biləcəyi barədə ilkin məlumatlar daxil olub”, – bəyanatda bildirib.