Belarusun paytaxtı Minskdə Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan əsilli Nəcəfqulu Rəfiyevin xatirə lövhəsinin önünə gül dəstələri qoyulub.
Bu barədə Elchi.az Azərbaycanın Belarusdakı səfirliyinə istinadən xəbər verir.
Tədbir İkinci Dünya müharibəsində qələbənin 80 illiyinin qeyd edilməsi ərəfəsində təşkil olunub.
Mərasimdə azərbaycanlı diplomatlar, Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri və MDB ölkələrinin səfirləri, Birliyin İcraiyyə Komitəsinin nümayəndə heyəti, eləcə də N.Rəfiyev adına orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.