image-mntr-dha-2357837_1backend

Ölümcül göbələk xəstəliyi qlobal istiləşmə ilə yayıla bilər

İsti bölgələrdə yayılmış ölümcül bir göbələk xəstəliyi qlobal istiləşmə səbəbindən yayıla bilər, yeni bir araşdırma tapdı.
Elchi.az xəbər verir ki, Mançester Universitetinin alimlərinin yeni araşdırmasına görə, Aspergillus fumigatus cinsindən olan ölümcül göbələk infeksiyaları insanlarda ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər.
Mütəxəssislər bu növün Afrika və Cənubi Amerikadan şimala Avropa və Asiyaya yayılacağını proqnozlaşdırırlar.
Tədqiqat həmçinin qeyd etdi ki, yayılma dərəcəsi qalıq yanacaq istifadəsi və istixana qazı emissiyalarından asılıdır.
Tədqiqatın aparıcı müəllifi, Mançester Universitetindən Norman van Rhijn, göbələklərin müalicəsinin “son dərəcə çətin” olduğunu vurğuladı və lazımi ehtiyat tədbirlərinin görülməsinə çağırdı.
Hesablamalara görə, qlobal istiləşmə səbəbindən bu cür göbələklərin yayılma sahəsi 2100-cü ilə qədər 77 faiz arta bilər.
Bunun təkcə Avropa qitəsində 9 milyona yaxın insanın sağlamlığını təhlükə altına atacağı bildirilmiş, xroniki ağciyər xəstəlikləri və immun sistemi zəif olan insanlar diqqətli olmağa çağırılmışdır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki