Hindistan Pakistana qarşı təcavüzkar hərəkətlərdən imtina edərsə, İslamabad Nyu-Delhi ilə gərginliyi aradan qaldıracaq.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif “Bloomberg”ə müsahibəsində bildirib.
“Son iki həftə ərzində biz daim bəyan etmişik ki, Hindistana qarşı düşmənçilik hərəkətləri etmək niyyətində deyilik. Lakin bizə hücum edilərsə, cavab verəcəyik. Əgər Hindistan geri çəkilsə, biz bu gərginliyi dayandıracağıq”, – agentlik onun sözlərini sitat gətirib.
Hindistanla sülh danışıqlarının mümkünlüyü barədə suala cavab olaraq nazir bildirib ki, hazırda belə bir qarşılıqlı əlaqə üçün hər hansı potensial imkan barədə məlumatı yoxdur.