image-thumbs-b-c-eeed782e0f77702f2f1c798eb1da3d4dbackend

Tramp administrasiyası miqrantları Liviyaya deportasiya etməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp administrasiyasının miqrantları Şimali Afrika ölkəsi Liviyaya deportasiya edə biləcəyi bildirilir.
Elchi.az xəbər verir ki, “The New York Times” (NYT) adı açıqlanmayan dörd rəsmiyə istinadən yazıb ki, miqrantlar Liviyaya köçürülə bilər.
Buna uyğun olaraq bir qrup immiqrantın ABŞ hərbi təyyarəsi ilə Liviyaya deportasiya oluna biləcəyi və bu həftə prosesə başlana biləcəyi bildirilib.
Bildirilib ki, deportasiya və uçuşun planlaşdırılması məxfi saxlanılıb və prosesin logistik və hüquqi maneələrlə üzləşə biləcəyi bildirilib.
Liviyaya uçuş üçün ABŞ ordusuna aid hərbi təyyarənin istifadə edilməsinin planlaşdırıldığı iddia edilib.
Milli mətbuatda qeyd olunub ki, insan haqları təşkilatları bir müddət müharibə şəraitində olan Liviyaya mühacirlərin göndərilməsini oradakı mövcud yaşayış şəraitinin uyğun olmaması səbəbindən tənqid edə bilərlər.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki