Braziliya prezidenti Qələbə günü şənliklərində iştirak etmək üçün Moskvaya uçub.
Elchi.az xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya uçub. Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Mən indi Rusiyaya və Çinə gedirəm. “Bu müddət ərzində prezident vəzifəsini icra edəcək yoldaşa [Braziliyanın vitse-prezidenti] Gerald Alkminə yaxşı iş arzulayıram”, – o yazıb və mesaja şəkil əlavə edib.
Braziliya hökumətinin saytında da Silvanın çərşənbə günü saat 19:30-da Moskvaya gələcəyinin gözlənildiyi bildirilir. Braziliya lideri Rusiyaya səfərini başa vurduqdan sonra Çinə səfər edəcək.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-da braziliyalı həmkarı ilə görüş keçirəcək.
Mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda 29 xarici ölkə lideri iştirak edəcək. Da Silva ilə yanaşı, Çin sədri Si Cinpinq, Serbiya prezidenti Aleksandr Vuçiç, Slovakiyanın baş naziri Robert Fico və keçmiş Sovet respublikalarının əksəriyyətinin rəhbərlərinin gəlişi gözlənilir. Bundan əlavə, ABŞ, İsrail, Ermənistan və Monqolustan veteranları dəvət olunur.
Şayəstə Hüseynova