Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, Hindistan və Pakistan arasında gərginliyin artması nüvə müharibəsinə səbəb ola bilər.
Elchi.az xəbər verir ki, “Geo News” televiziyasına danışan Pakistanın müdafiə naziri 26 nəfərin həyatını itirdiyi hücumdan sonra Hindistanla artan gərginliklə bağlı açıqlamalar verib.
İki ölkə arasında mütləq nüvə müharibəsi ehtimalının olduğuna işarə edən Asif, “Əgər onlar bölgəyə bütövlükdə müharibə tətbiq etsələr və belə təhlükələr yaranarsa, hər an nüvə müharibəsi başlaya bilər” deyib.
Asif bildirib ki, Yeni Dehli hökuməti Pakistanı nüvə müharibəsinə sövq edərsə, Hindistan “bütün nəticələrə dözəcək”.
Nuranə Məmmədova