image-kara-akrep-dha-1983318_1backend

Əqrəblər şəhərləri işğal edir: Hücumlarda 250 faiz artım

Braziliyada nəzarətsiz şəhərləşmə və iqlim dəyişikliyi şəhər mərkəzlərində əqrəb populyasiyasının sürətlə artmasına səbəb olur. Bildirilir ki, son 10 ildə əqrəb hücumları 250 faiz artıb.
Elchi.az xəbər verir ki, 2014-2023-cü illər arasında Braziliyada 1,1 milyondan çox əqrəb sancması qeydə alınıb.
Səhiyyə sahəsində nəşr olunan yeni araşdırmaya görə, bu artım sürətli və planlaşdırılmamış urbanizasiya ilə yanaşı iqlim böhranının təsirləri ilə əlaqələndirilir.
Araşdırmada xüsusilə aşağı gəlirli məhəllələrdə yüksək sıxlıqlı yaşayış yerləri, tullantıların qeyri-kafi idarə olunması və infrastrukturun olmaması kimi amillərin əqrəblər üçün ideal yaşayış şəraiti təmin etdiyi vurğulanıb.
Şəhərlərdəki divar boşluqları, kanalizasiya sistemləri, dağıntı yığınları və tikinti tullantıları əqrəblərin sığınması üçün əlverişli mühit yaradır.
Şəhərlər əqrəblərin cazibə mərkəzinə çevrilib
Tədqiqatın aparıcı müəllifi və São Paulo Dövlət Universitetinin dosenti Dos. Dr. Manuela Berto Pucca, “Şəhərləşmə Braziliyada ekosistemləri kökündən dəyişdirdi” deyib.
Şəhərlər əqrəblər üçün sığınacaq, istilik və bol yemək təklif edir. “Xüsusilə kanalizasiyalar bu canlılar üçün demək olar ki, ideal yaşayış yerləridir.
Bəzi əqrəb növlərinin cütləşmədən çoxala bildiyi və qidalanmadan 400 günə qədər yaşaya biləcəyi ifadə edilir. Bu, mübarizəni çətinləşdirir. Bundan əlavə, temperaturun yüksəlməsi və quraqlıq kimi iqlim şəraiti də əqrəb populyasiyalarının yayılmasını sürətləndirir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki