Yaponiyanın qərbindəki Yamaquçi prefekturasının sahillərində qayığın çevrilməsi nəticəsində iki nəfər ölüb.
Elchi.az xəbər verir ki, Kyodo agentliyinin sahil mühafizə mənbələrinə istinadən verdiyi məlumata görə, prefekturanın Naqato şəhərindən yola çıxan qayıq geri qayıtmayıb.
Xəbərdən sonra bölgəyə sövq edilən axtarış-xilasetmə qrupları batmış qayığı Kavaşiri burnundan 2,5 kilometr aralıda tapıb.
Hadisə nəticəsində qayıqda olan iki nəfər həyatını itirib.
Şayəstə Hüseynova