ABŞ-ın keçmiş prezidenti Cozef Bayden bildirib ki, Donald Trampın Kiyevə Ukrayna ərazilərini Moskvaya təhvil verməsi üçün təzyiqi müasir sakitləşdirmədir.
Elchi.az xəbər verir ki, bu barədə Bayden “BBC”yə müsahibə verib.
Bu, Baydenin vəzifədən getdikdən sonra ilk müsahibəsi idi. Keçmiş Amerika lideri Moskvanın orada dayanacağını düşünənləri başa düşmədiyini deyib. Öz növbəsində Kreml də dəfələrlə Qərblə döyüşmək niyyətində olmadığını bəyan edib.
Hakimiyyətə gəldikdən sonra Tramp Ubkrayna münaqişəsi ilə bağlı siyasətini əvvəlki Amerika administrasiyasının apardığı siyasətlə müqayisədə dəyişib.
Bayden müsahibədə Trampın siyasətlərinə görə Amerika rəhbərliyinə inamını itirə biləcək avropalılardan da narahatlığını ifadə edib. Ağ Evdə Amerika lideri ilə Kiyev rejiminin başçısı arasında baş verən dava onu da əsəbiləşdirib.
Yeganə