Ermənistan beynəlxalq tranzit dəhlizinin yaradılması üzrə Aşqabad sazişinə qoşulacaq.
Elchi.az yerli KİV-ə istinadən xəbər verir ki, bu qərar hökumətin iclasında qəbul edilib.
Qeyd olunub ki, Aşqabad sazişi regionda nəqliyyat əlaqələrinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.
Layihəyə əsasən, İran, Oman, Qətər, Türkmənistan və Özbəkistan arasında beynəlxalq nəqliyyat və tranzit dəhlizinin yaradılması haqqında sazişə qoşulmaq Ermənistan üçün yeni imkanlar açacaq. Buraya Mərkəzi Asiya ölkələri və Fars körfəzi limanları arasında nəqliyyat dəhlizinə inteqrasiya daxildir.