ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə ticarət sazişinin Vaşinqton və London arasında münasibətləri gücləndirəcəyini bəyan edib.
Elchi.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.
“Birləşmiş Krallıqla saziş, ABŞ və Böyük Britaniya arasında münasibətləri uzun illər ərzində möhkəmləndirəcək sazişdir. Uzun tarixə malik münasibətlərimiz və bir-birimizə olan sədaqətimiz sayəsində, Birləşmiş Krallığın ilk tərəfdaşımız olması bizim üçün böyük şərəfdir”, – o qeyd edib.