Dünyanın ən böyük rəqəmsal yayım platformalarından biri olan Netflix 12 ildən sonra ana səhifəsində hərtərəfli təmir edir. Şirkət həmçinin süni intellektlə işləyən axtarışı və TikTok-a bənzər şaquli video funksiyasını sınaqdan keçirməyə hazırlaşır.
Elchi.az xəbər verir ki, Netflix, 2013-cü ildən bəri ilk dəfə ana səhifə dizaynında böyük dəyişiklik etməyə hazırlaşır. Şirkətdən verilən açıqlamada, yeni dizaynın önümüzdəki həftə və aylarda mərhələli şəkildə həyata keçiriləcəyi ifadə edildi.
Yeni dizaynda əsas menyu səhifənin sol tərəfindən mərkəzə köçürülüb. Məzmun təsvirləri sadələşəcək, tövsiyələr isə istifadəçinin baxış saatları və baxış davranışı əsasında dərhal fərdiləşdiriləcək.
TikTok-a bənzər xüsusiyyət və AI ilə işləyən axtarış gəlir
Netflix həmçinin mobil istifadəçilər üçün süni intellektlə işləyən axtarış sistemi və TikTok üslublu şaquli video axını üzərində işlədiyini açıqlayıb.
Şirkət bu xüsusiyyətlərin hazırda “kiçik miqyaslı sınaqlar” kimi planlaşdırıldığını, lakin onları qlobal miqyasda sınaqdan keçirməyin daha geniş bir transformasiya əlaməti ola biləcəyini söylədi.
Yeni axtarış sistemində istifadəçilər “Mən zövqlü və əyləncəli bir şey izləmək istəyirəm” kimi təbii dilli cümlələrlə məzmun axtara biləcəklər. Bu funksiya isteğe bağlı olaraq mobil cihazlarda əlçatan olacaq.
Şaquli video axını, istifadəçilərin yuxarı sürüşdürməklə hərəkət edə biləcəyi Netflix məzmunundan qısa klipləri ehtiva edən kəşfiyyat ekranı olacaq. Bəyəndiyiniz məzmunu bir toxunuşla izləyə bilərsiniz.
Şayəstə Hüseynova