NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ prezidenti Donald Tramp alyansın bəzi üzvlərinin ABŞ-ın hərbi blokda aparıcı rolunu saxlamaq istəyini şübhə altına almasından sonra onu alyansa sadiqliyinə əmin edib.
Elchi.az bu barədə “Reuters”ə istiandən xəbər verir.
“Bəzi insanlar ABŞ-ın alyansa sadiqliyini şübhə altına alır. Vaşinqton güclü NATO-ya qəti şəkildə sadiqdir. Tramp bunu açıq şəkildə və dəfələrlə, o cümlədən mənimlə görüşlərdə bildirib”, – baş katib qeyd edib.
Rutte həmçinin İspaniyanı misal gətirərək alyans üzvlərinə hərbi xərcləri artırmağa çağırdığını təkrarlayıb: “Mən İspaniyanın müdafiəyə investisiyaları sürətləndirmək barədə son qərarını alqışlayıram”, – baş katib bildirib.
Yeganə