ABŞ-lı milyarder İlon Maska məxsus SpaceX şirkətinə məxsus Starlink peyk internet şəbəkəsinin ABŞ prezidenti Donald Tramp dövründə tətbiq edilən əlavə gömrük rüsumları ilə aparılan danışıqlar sayəsində yeni bazarlara giriş icazəsi aldığı iddia edilib.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin “The Washington Post” qəzetinin əldə etdiyi sənədlərə görə, ABŞ rəsmiləri Trampın xarici ticarət siyasətindən, xüsusən də əlavə tariflərdən Starlink-in digər ölkələrdə fəaliyyət göstərməsi üçün vasitə kimi istifadə ediblər.
Sözügedən sənədlər göstərir ki, ABŞ səfirlikləri və Dövlət Departamenti bir çox ölkədə Starlink-in adını önə çəkərək, Amerika peyk şirkətlərinə tənzimləyici yardım təmin etmək üçün onlara təzyiq göstərib.
Xəbərə görə, ABŞ dövlət katibi Marko Rubionun Trampın gömrük tarifləri ilə bağlı apardığı ticarət danışıqları zamanı Starlink-in əməliyyat icazəsi ala bilməsi üçün müvafiq ölkələrə təzyiq göstərilməsini şəxsən tapşırdığı bildirilir.
Bu kontekstdə Afrika ölkəsi Lesotonun bu yaxınlarda ölkədə internet xidməti göstərmək üçün Starlink-i təsdiqlədiyi və Xarici İşlər Nazirliyinin daxili yazışmalarında aşağıdakı ifadələrin edildiyi bildirilib:
“Lesoto hökuməti Amerika Birləşmiş Ştatları ilə ticarət müqaviləsi bağlayarkən Starlink-ə lisenziya verməklə yaxşı niyyət nümayiş etdirmək və Amerika şirkətlərini alqışlamaq istəyirdi.”
Starlink-ə oxşar girişi təmin etməli olan ölkələr arasında Hindistan, Somali, Konqo Demokratik Respublikası, Banqladeş, Pakistan və Vyetnam var.
Hindistandakı bəzi hökumət rəsmiləri, məsələ ilə tanış olan iki mənbəyə görə, Starlink-in təsdiqlənməsinin ABŞ ilə daha sərfəli ticarət sövdələşməsinə kömək edə biləcəyinə inandıqlarını ifadə etdilər.
İddialarla bağlı Washington Post qəzetinə verdiyi açıqlamada Dövlət Departamenti Starlink-in dünyanın ucqar hissələrinə internet təmin edən bir Amerika şirkəti olduğunu vurğulayaraq, “Hər bir vətənpərvər Amerikalı bir Amerika şirkətinin qlobal səviyyədə, xüsusən də Çinli rəqibləri ilə rəqabət aparan uğurunu görmək istəyir” dedi.
Bu arada, SpaceX və Hindistan, Lesoto və digər ölkələrin rəsmi sözçüsü şərh tələblərinə cavab vermədi.
Keçən ilki prezident seçkilərində Trampın kampaniyasına 277 milyon dollar bağışladığı bildirilən İlon Mask, keçən ay Tesla və SpaceX-dəki vəzifələrinə daha çox diqqət yetirmək üçün ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verməyi planlaşdırdığını açıqladı.
Şayəstə Hüseynova