image-1200x675_cmsv2_be1716bb-2524-5f63-b933-838f0d66b6d8-8140456backend

Rusiya İranın uranı zənginləşdirmək hüququnu dəstəkləyir

Rusiyanın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Mixail Ulyanov İran xarici işlər nazirinin müavini Abbas Əraqçinin nüvə yanacaq dövrünə malik olmaq hüququ ilə bağlı sözlərini dəstəkləyib.
Elchi.az bu barədə “Mehr” agentliyinə istinadən xəbər verir.
Danışıqların həssas mərhələdə olduğunu qeyd edən Ulyanov ətraflı açıqlamalar verməkdən çəkinib.
Bununla belə, o vurğulayıb ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) əsasən, iştirakçı ölkələr təkcə müəyyən öhdəliklərə deyil, həm də şübhə altına alına bilməyən fundamental hüquqlara malikdir.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki