image-pakistan-hindistan-1backend

Hindistan Pakistandan bütün idxalı qadağan edir

Hindistan Cammu və Kəşmirdəki hücumdan sonra ölkə ilə artan gərginlik fonunda Pakistandan gələn bütün idxalı növbəti xəbərdarlığa qədər qadağan edib.
Elchi.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumatına görə, Hindistan Ticarət Nazirliyinin yaydığı bildirişdə deyilir ki, “ Pakistandan gələn və ya bu ölkədən ixrac edilən bütün mallar, birbaşa və ya dolayı idxal, tranzit, azad idxala aid olub-olmamasından asılı olmayaraq, növbəti bildirişə qədər qadağandır”
Bəyanatda qadağanın dərhal qüvvəyə minəcəyi və qərarın “milli təhlükəsizlik və ictimai siyasət” səbəbi ilə alındığı qeyd edilib.
Yeni Dehli administrasiyası həmçinin Pakistandan hava və quru yolu ilə gələn bütün poçt və yüklərin dayandırıldığını, Pakistan bayraqlı gəmilərin Hindistan limanlarına, Hindistan bayraqlı gəmilərinin isə Pakistan limanlarına girişinin qadağan edildiyini açıqlayıb.
Hindistanın Pakistandan idxal etdiyi əsas məhsullara dərmanlar, meyvələr və yağlı bitkilər daxildir.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki