Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu baş məşqçi Jorji Jezuşla yollarını ayırıb. Köməkçi məşqçi Məhəmməd Əl-Şalhub müvəqqəti olaraq komandaya rəhbərlik edib.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından olan ” Əl Hilal” dan gözlənilən ayrılıq baş verib. Klub rəsmi olaraq baş məşqçi Jorji Jezuşla qarşılıqlı razılıq əsasında yollarını ayırdığını açıqlayıb.
70 yaşlı portuqaliyalı çalışdırıcı bu mövsüm “Əl Hilal”ın heyətində ümumilikdə 46 matçda iştirak edib. Bu görüşlərdə “Əl Hilal” 32 qələbə, 6 heç-heçə və 8 məğlubiyyətə imza atıb.
Nuranə Məmmədova