image-pakistan-terrorbackend

Rusiya və Çin bu terror aktını araşdıra bilər – Camali

İslamabad Cammu və Kəşmirdə yerləşən Pahalqam bölgəsində baş vermiş terror aktının araşdırılmasına Pekin və Moskva kimi neytral tərəfdaşların cəlb olunmasında maraqlıdır.

Elchi.az xəbər verir ki, bu barədə Pakistanın Moskvadakı səfiri Məhəmməd Xalid Camali TASS agentliyinə müsahibəsində bildirib.

“Rusiya və Çin bu araşdırmaya cəlb oluna bilər”, – deyə səfir Moskvanın prosesə qatılması ilə bağlı sualı cavablandırarkən qeyd edib.

“Əgər siz bunu kömək və ya problemin həlli üçün atılan addım adlandırırsınızsa – yəni bəzi neytral tərəfdaşlar gəlib şəffaf araşdırmanın aparılmasında iştirak edə bilərsə – biz bunu alqışlayarıq”, – Camali bildirib.

Səfir həmçinin xatırladıb ki, ölkənin baş naziri Şahbaz Şərif artıq hadisə ilə bağlı şəffaf araşdırma aparılması təşəbbüsü ilə çıxış edib:

“Baş nazirimizin bu istiqamətdəki təklifi çox səmimi və realdır”.

Qeyd edək ki, Hindistanla Pakistan arasında münasibətlər 22 apreldə Cammu və Kəşmirdə turistlərin atəşə tutulması və 26 nəfərin ölümündən sonra pisləşib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki