image-cudobackend

Azərbaycan millisinin üzvü qabırğasını sındırdı

Azərbaycan milli komandasının cüdoçusu Vüsal Qələndərzadə Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində ağır zədə alıb.

Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.

Onun sözlərinə görə, 73 kq çəki dərəcəsində yer alan Qələndərzadənin qabırğası sınıb:

“Ona görə həm 1/4 final görüşünü yarımçıq dayandırmalı oldu, həm də təsəlliverici görüşə çıxa bilmədi. Zədəsinin bərpası təxminən 2-3 ay çəkəcək”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki