image-upload-ria_8787753-pic_32ratio_900x600-900x600-3603backend

Kreml Kiyevin atəşkəs təklifinə reaksiyası barədə danışıb

Peskov: Kiyevin atəşkəsə hazır olmaması onun mahiyyətində neonasizmi nümayiş etdirir.
Elchi.az xəbər verir ki, hazırda Ukrayna hakimiyyətinin ideoloji əsasını neonasizm təşkil edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı Moskvanın təklif etdiyi may ayında atəşkəsə Kiyevin reaksiyasını şərh edərkən deyib.
“Rejimin Rusiyanın təklifinə birbaşa cavab vermək istəməməsi açıq şəkildə göstərir ki, bugünkü Kiyev rejiminin ideoloji əsası neonasizmdir. Və Hitler Almaniyası, qəhvəyi vəba və nasizm üzərində qələbə, görünür, onlar üçün bayram deyil”, – Kreml nümayəndəsi bildirib.
Aprelin 28-də Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunduğu müddətdə atəşkəs elan edib. Tam atəşkəs mayın 7-dən 8-nə keçən gecə yarısından mayın 10-dan 11-nə keçən gecəyə qədər qüvvədə olacaq.
Mayın 3-də Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarının atəşkəslə bağlı təklifini rədd edib. Ukrayna prezidenti həmçinin bildirib ki, Kiyev mayın 9-da Moskvaya parad üçün gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki