Edin Ceko və Duşan Tadic yeni mövsümdən etibarən “Fənərbağça”da çıxış etməyəcəklər.
Elchi.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, Tadiç və Ceko “Fənərbağça”nın qərarından sonra klub axtarışlarına başlayıblar.
Serbiyalı ulduzun artıq keçmiş klubu “Ayaks”la masa arxasına əyləşdiyi bildirilir.
E.Ceko isə Avropa klubları ilə danışıqlar aparmağa davam edir.