image-iranda-kum-firtinasi-802-kisiyi-hastanelik-etti-fhzabackend

İranda qum fırtınası nəticəsində 802 nəfər xəstəxanaya yerləşdirilib

Bildirilib ki, İranın cənub-qərbindəki Xuzistan əyalətində qum fırtınası nəticəsində 802 nəfər xəstəxanaya yerləşdirilib.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Əhvaz Cündişapur Tibb Elmləri Universitetinin vitse-prezidenti doktor Meysem Muazi məsələ ilə bağlı açıqlama verib.
Xuzistanı təsir edən qum fırtınası səbəbiylə son 24 saatda ürək və tənəffüs problemi olan 802 nəfərin xəstəxanalara müraciət etdiyini bildirən Muazi, “Bu adamlardan 92-si xəstəxanaya yerləşdirildi, digərləri isə müalicələrinin ardından evə buraxıldı” deyib.
Muazi yerli əhaliyə xəbərdarlıq edərək onları, xüsusən də uşaqları, hamilə qadınları, qocaları və tənəffüs yolu xəstəlikləri olanları mümkün qədər evdə qalmağa çağırıb.
Xuzistan Meteorologiya Xidməti qum fırtınasının İraqdan qaynaqlandığını açıqlayıb və cümə axşamı və cümə günləri üçün “qırmızı xəbərdarlıq” verib ki, bu da havanın insanların sağlamlığı üçün təhlükəli olduğunu göstərir.
Cümə günü Əhvazda havada tozun miqdarı hər kubmetr üçün 2159 mikroqram qeydə alınıb.
Bir kubmetr havada hissəciklərə (PM10) görə hava keyfiyyəti indeksində müəyyən edilmiş dəyərlər aşağıdakı kimi verilmişdir:
0-50 “təmiz hava” (yaşıl), 51-100 “orta” (sarı), 101-150 “həssas” (narıncı), 151-200 “sağlamsız” (qırmızı), 201-300 “pis” (bənövşəyi), 301-500 “təhlükəli” (qəhvəyi).

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki