Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin Ukraynanın Avropa İttifaqına daxil olmasını sürətləndirmək planına sərt cavab verib.
Elchi.az xəbər verir ki, siyasətçi X sosial şəbəkəsinin rəsmi hesabında mesaj yerləşdirib.
“Bu gün von der Leyen Avropa Komissiyasının yeni planlarını açıqladı: Ukrayna pul və silah alır, avropalı vergi ödəyiciləri hesabı ödəyir. Biabırçılıq!” – deyə Orban yazıb.
Bundan əvvəl fon der Leyen bildirmişdi ki, Aİ Ukraynanın birliyə qoşulması prosesini sürətləndirməlidir. O, bu qərarı təhlükəsizliyin ən etibarlı təminatı adlandırıb.
Onun sözlərinə görə, Aİ “2025-ci ildə üzvlük danışıqlarının ilk klasterini açmaq və bütün klasterləri açmaq” üzərində işləyir. Von der Leyen əlavə edib ki, Ukraynanın Aİ-yə üzvlüyü “ədalətli və davamlı sülhün ən böyük təminatı” olacaq.
Nuranə Məmmədova