image-46_1746622051backend

Fransa və Almaniya müdafiə sahəsində əməkdaşlığı artıracaq

Fransa prezidenti Emmanuel Makron Avropanın üzləşdiyi çətinliklərlə, xüsusilə də təhlükəsizliklə bağlı Almaniya ilə birgə mübarizə aparacaqlarını və Fransa-Almaniya Təhlükəsizlik və Müdafiə Şurası quracaqlarını açıqlayıb.

Elchi.az xəbər verir ki, Makron bu barədə Yeliseydə Almaniyanın yeni kansleri Fridrix Merz ilə birgə mətbuat konfransında danışıb.

“Biz Avropanın üzləşdiyi çağırışlara birlikdə cavab vermək, bizim üçün prioritet olan suverenlik, təhlükəsizlik və rəqabətqabiliyyətlilik məsələlərində birgə hərəkət etmək istəyirik”, – deyə Makron bildirib. dedi.

Almaniya, ABŞ və tərəfdaşların Ukrayna üçün möhkəm təhlükəsizlik təminatlarına əsaslanan ədalətli və davamlı sülh üçün şərait yaratmaq və atəşkəsə nail olmaq üçün çalışmağa davam edəcəklərini ifadə edən Makron, “Rusiyanın Avropa təhlükəsizliyinə sistemli təhdidinin bütün nəticələrini” qiymətləndirməyə davam edəcəklərini bildirib.

Makron bir daha qitənin müdafiəsinə sərmayə qoymağa çağırıb və bildirib ki, mart ayında Avropa Şurasından bu yana bütün qitədə müdafiə sahəsində addımlar ataraq “Avropa müdafiəsinə doğru strateji oyanışı” sürətləndiriblər.

Bu kontekstdə Fransa-Almaniya Təhlükəsizlik və Müdafiə Şurası quracaqlarını açıqlayan Makron, “Fransa-Almaniya proqramlarımızı sürətləndirəcək, yeni potensiallar inkişaf etdirəcək və tanklar, döyüş təyyarələri və uzaq mənzilli raketlər xaricində ortaq strateji çağırışlarımıza operativ cavablar hazırlamaq üçün müntəzəm olaraq toplanacaq Fransa-Almaniya Müdafiə və Təhlükəsizlik Şurası quracağıq” dedi.

Bundan əlavə, Makron Almaniya ilə birgə müdafiə innovasiya proqramı həyata keçirəcəklərini açıqlayıb.

Digər tərəfdən, Makron Avropa üçün ortaq hədəflərin yalnız “Almaniya və Fransanın iqtisadi və sosial islahatlarını əlaqələndirməsi və uyğun modelləri qəbul etməsi” şərti ilə mümkün olacağını ifadə edərək, investisiya, müdafiə, enerji və kosmos sahələrində “əl-ələ verərək” işləyəcəyinə söz verib.

Dünən Almaniyanın yeni kansleri seçilən Merz ilk rəsmi xarici səfərini Fransaya edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki