Alimlər kainatdakı ağır elementlərin mənşəyi ilə bağlı mühüm ipucu tapıblar. Kolumbiya Universitetinin rəhbərliyi ilə aparılan araşdırmalar, güclü maqnit sahələrinə malik neytron ulduzların, maqnitarların qızıl kimi ağır elementlərin əmələ gəlməsinə töhfə verdiyini ortaya qoyub.
Astronomlar uzun müddətdir ki, hidrogen və helium kimi yüngül elementlərin Böyük Partlayışdan sonra meydana gəldiyini, dəmir kimi daha ağır elementlərin isə ulduz partlayışları nəticəsində ortaya çıxdığını güman edirdilər.
Amma qızıl kimi dəmirdən ağır elementlərin kainatda necə bu qədər geniş yayıldığı sirr olaraq qalır.
Tədqiqatın aparıcı müəllifi və Kolumbiya Universitetinin doktorantı Anirudh Patel, “Bu, kainatdakı mürəkkəb maddənin mənşəyi ilə bağlı əsas sualdır” deyib.
Əvvəllər qızılın əmələ gəlməsi yalnız neytron ulduzlarının toqquşması, kilonovalar adlanan kosmik hadisələrlə əlaqələndirilirdi. Lakin yeni tapıntılar göstərir ki, bu elementlər başqa vasitələrlə də formalaşa bilər.
Ulduz zəlzələləri ilə gələn ağır elementlər
Neytron ulduzları, böyük ulduzların fövqəlnova partlayışından sonra qalan son dərəcə sıx nüvələrdir.
Bir çay qaşığı neytron ulduzu materialı Yer kürəsində 1 milyard ton ağırlığında olacaq. Maqnetarlar maqnit sahəsinə malik ulduzların ən parlaq və güclü növüdür.
Araşdırmaya görə, maqnitarlarda baş verən starzəlzələlər qısamüddətli intensiv rentgen partlayışlarına səbəb olur.
Bu partlayışlar zamanı maddə ulduzun səthindən yüksək sürətlə atılır. Alimlər bu partlayışların qızıl kimi ağır elementlərin əmələ gəlməsi üçün lazımi şəraiti təmin edə biləcəyini bildirirlər.
Şayəstə Hüseynova